Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti həftəsi dünyanı kökündən dəyişdirib və ABŞ-ın artıq dünya lideri olmadığını açıq şəkildə göstərib.
HİT.az xəbər verir ki, Amerikanın Bloomberg agentliyinin məlumatına görə, bunu Şanxaydakı Şərqi Çin Normal Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Dozef Qreqori Mahoni deyib.
"Çin öz mesajlarının mükəmməl ardıcıllığını işləyib hazırlayıb və qurub və Si Szinpin, Putin və Modinin bir-birini qucaqlaması görüntüsü getdikcə daha aydın görünür. Bu həftə dünyanın əsaslı şəkildə dəyişdiyi həftə kimi yadda qalacaq", deyə o, ŞƏT sammitini şərh edərkən bildirib.
"Bloomberg"in yazdığı kimi, sammit ABŞ-ın rəhbərlik etdiyi dünya nizamına alternativ yaratmaq üçün Si Szinpinin on illik siyasi layihəsinin qələbəsidir.
Samir