"ABŞ Rusiya və Çinin Antarktidadan resurslar çıxarmasına imkan verməməlidir".
HİT.az xəbər verir ki, bu, “The National Interest” jurnalının çağırışıdır.
Mətndə deyilir: “Birləşmiş Ştatlar Antarktidadakı mövqeyini gücləndirmək və Çin və Rusiyanın geniş istifadə olunmamış resurslara çıxış əldə etməsinə mane olmaq üçün qəti və fəal tədbirlər görməlidir".
Müəllifin fikrincə, regionda mədənçıxarma Vaşinqtonun dünya bazarlarında mövqeyinə xələl gətirə bilər. Mətndən göründüyü kimi, ABŞ Britaniya və Avstraliya ilə birlikdə daha çox müşahidə sistemləri yerləşdirmək və yeni tədqiqat missiyaları göndərməklə Antarktidadakı mövcudluğunu genişləndirə bilər.
Bundan əvvəl məlum olub ki, ABŞ alimlərin Antarktidanın əriyən buzlaqlarını tədqiq etdiyi yeganə tədqiqat buzqıran gəmisini itirə bilər. Jurnalistlərin fikrincə, bu, ABŞ-ın hazırkı administrasiyasının iqlim dəyişikliyi ilə bağlı araşdırmalara mənfi münasibəti ilə bağlıdır: Ağ Ev büdcələri, qrantları, iş yerlərini azaldır, müvafiq hesabatların dərcini dayandırır.
Samir