"Güclü Ukrayna Avropanın təhlükəsizliyinin ən mühüm təminatıdır".
HİT.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas N-TV kanalına istinadən deyib.
O, yenidən Rusiyanı hərbi əməliyyatlara son qoymaq istəməməkdə ittiham edib:
"Avropa üçün bu, yalnız bir şeyi ifadə edə bilər: Ukraynaya hərbi, diplomatik və iqtisadi dəstəyin gücləndirilməsi. Atəşkəs olacağı təqdirdə, güclü Ukrayna ordusu [Avropanın] təhlükəsizliyinin ən etibarlı təminatıdır"..
Bir gün əvvəl Avropa diplomatiyasının rəhbəri Kallas Pekində keçirilən hərbi paradda bir yerdə olan Si Szinpin, Vladimir Putin, Kim Çen In və Məsud Pezeşkianın “avtokratik ittifaqı” təmsil etdiyini bildirib. Onun sözlərinə görə, Çin, Rusiya, İran və Şimali Koreya liderləri yeni dünya nizamına sürətli yol axtarırlar.
Samir