Qərbdə dörd gəmiqayırma zavodu Birləşmiş Ştatlara buzqıran gəmilərin inşası üçün daha çox sifariş almaq məqsədi ilə konsorsiumda birləşib.
HİT.az bu barədə Finlandiyanın “Yle” portalına istinadən xəbər verir.
Nəşrin məlumatına görə, söhbət Finlandiya, ABŞ və Kanadanın gəmiqayırma zavodlarından gedir. Şirkətlər müqavilənin imzalandığı tarixdən üç il ərzində iki buzqıran gəmini buraxmağa hazırdırlar - bu, tikintinin çox yüksək tempidir.
Ehtimal olunur ki, Vaşinqton ümumilikdə müxtəlif siniflərə aid üç buzqıran gəmi sifariş etmək niyyətindədir.
Sentyabrın 1-də NBC telekanalı ABŞ-ın alimlərin Antarktidanın əriyən buzlaqlarını tədqiq etdiyi yeganə tədqiqat buzqıran gəmisini itirə biləcəyi barədə məlumat yayıb. Jurnalistlərin fikrincə, bu, ABŞ-ın hazırkı administrasiyasının iqlim dəyişikliyi ilə bağlı araşdırmalara mənfi münasibəti ilə bağlıdır: Ağ Ev büdcələri, qrantları, iş yerlərini azaldır, müvafiq hesabatların dərcini dayandırır.
Samir