"Bu gün Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərini hətta tərəfdaşların dəstəyi ilə belə hərbi yolla geri almaq mümkün deyil və ona görə də münaqişənin dondurulmasına razılıq vermək ağlabatan variantdır".
HİT.az xəbər verir ki, bu fikirləri Rusiya-Ukrayna müharibəsinin veteranı, ehtiyatda olan mayor Aleksiy Getman “Kanal 24”ün efirində deyib.
"Bu gün müvəqqəti itirilən əraziləri hərbi yolla geri almaq mümkün deyil. Cəbhə xəttini düzəltmək – bəli, müəyyən əks-hücumlar etmək, cəbhə xəttini bir az şərqə çəkmək – tamamilə mümkündür, uğur qazana bilərik. Amma biz indi, hətta tərəfdaşların köməyi ilə, onların qoşunları olmadan bu əraziləri zorla ala bilmərik. Ona görə də demək lazımdır ki, münaqişə dondurula bilər", deyə Getman bildirib.
O qeyd edib ki, dondurma hərbi əməliyyatların tam dayandırılması deyil, onlar sadəcə olaraq o qədər də intensiv olmayacaq. Məsələn, 2016-2018-ci illərdə olduğu kimi:
"Ola bilər ki, bu, sizin xoşunuza gəlməyəcək. Və siyasətçinin (prezidentin) belə mövqeyi seçicilərin xoşuna gəlməyəcək. Amma gəlin anlayışlı olaq və olmayan yerdə xəyanət axtarmayaq. Bu əraziləri tanımadan dondurmaq, ən azı, hələlik, tamamilə ağlabatan vəziyyətdir".
Samir