İspaniya Avropanın ən məşhur ölkələrindən biridir, bəzi şəhərləri isə artıq turist axınının həcmi ilə öhdəsindən gələ bilmir. Əslində isə bu, hələ də bir çox maraqlı yerləri olan çox böyük bir ölkədir və ora sadəcə çimərlik istirahəti ilə kifayətlənməməyə dəyməz.
HİT.az xəbər verir ki, dünyanın ən böyük turist nəşriyyatı Lonely Planet-in ekspertləri payızda ziyarət ediləcək İspaniyanın ən yaxşı altı yerini müəyyən ediblər.
"İstı yaydan sonra sərin payız küləkləri İspaniyada xoş bir rəğbətdir. Günün ən isti vaxtında günəşdən gizlənməyə ehtiyac qalmır və payızda səyyahlar təbiətdən, o cümlədən çoxsaylı gözəl çimərliklərdən həzz almaq üçün daha çox imkan əldə edirlər – adətən, təyinat yerindən asılı olaraq, oktyabrın ortalarına qədər çimmyə kifayət qədər isti olurlar", deyə topun müəllifləri qeyd edirlər.
Eyni zamanda onlar vurğulayırlar ki, payızda İspaniyada turistləri, xoş hava ilə yanaşı, çoxsaylı maraqlı tədbirlər də gözləyir.
İspaniyada payız istirahəti üçün ən yaxşı altı yer:
1. La-Rioxa – şərabsevərlər üçün ən yaxşı region..
2. Əndəlüs – mövsümarası çimərlik istirahəti üçün ən yaxşı region.
3. Xaen – zeytun yığımı üçün ən yaxşı yer.
4. Menorka – pendir dadmaq üçün ən yaxşı ada.
5. Pireney – payız gəzintiləri üçün ən yaxşı region.
6. La-Qarroça – payız yarpaqlarını seyr etmək üçün ən yaxşı region.
Samir