Paşinyan-II Qaregin gərginliyinin bitməsinin PƏRDƏARXASI

DÜNYA
09:54 / 05.09.2025
44

"Ermənistanda daxili siyasətdə kilsə-hakimiyyət qarşıdurması bir müddət pik həddə çatdı və ciddi gərginlik yaşandı". 

Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, indiyə kimi hakimiyyətlə kilsə arasında belə bir qarşıdurma yaşanmamışdı:

"Amma bu iki institutu bir-birindən ayrı salmaq da doğru deyil. Yəni Ermənistanın Baş naziri Nikol Paşinyanın niyyəti kilsənin nüfuzunu zəiflətmək deyil. O, kilsəni öz siyasi ambisiyaları istiqamətində yönəltmək istəyir".

Politoloqun sözlərinə görə, bütün ermənilərin katolikosu II Qaregin daha çox Rusiyadan təlimatlar alır:

"Görünən odur ki, Rusiya da II Qaregini itirmək istəmir. Ona görə də Kreml kilsəyə bu qədər gərginlik yaratmamaqla bağlı göstəriş vermiş ola bilər".

381259

Ekspert xatırladıb ki, Ermənistanda daha əvvəl də Rusiyayönümlü qüvvələr hakimiyyətə qarşı çıxmışdı:
"Məsələn, bunu keşiş Baqrat Qalstanyan nümunəsində görə bilərik. Həmçinin, Ermənistandakı 5-ci kolon və ordu daxilindəki Rusiyaya sadiq qüvvələrin həmlələrini nümunə çəkmək olar. 

Lakin bu gərginliklərin hamısında Kreml bir mərhələdə geri addım atdı və proses səngidi. Əslində, Rusiya belə həmlələrlə bir növ təsir gücünü və onun effektivliyini sınamış olur". 

Turan Rzayev qeyd edib ki, artıq Rusiya da zəifləyib və əvvəlki gücündə deyil:

"Hətta Rusiyanın ötən illərlə müqayisədə Ermənistanda olan təsir imkanları da zəifləyib. Üstəlik, son illərdə Kremlin təsir rıçaqlarını bir çox ölkədə azaldığı müşahidə olunur. 

Yəni Paşinyana qarşı kilsənin etirazlarının səngiməsi də bundan qaynaqlanır. Çünki Rusiya Ermənistanı tamamilə itirmək istəmir. Hesab edirəm ki, Moskva İrəvandakı təsir rıçaqlarının əlindən çıxmaması üçün bir növ sükut rejiminə keçib". 

Pərviz

0