Polşa “Zapad-2025” Rusiya-Belarus hərbi təlimlərinə görə Belarusa qarşı xüsusi tədbirlər görəcək.
HİT.az xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk deyib.
"Mən bunu istisna etmirəm, amma gələn həftə daha çox deyəcəyəm ki, Belarus tərəfinin təxribatları təkrarlanarsa, Belarusa qarşı xüsusi tədbirlər tətbiq edəcəyik", deyə baş nazir bildirib.
Tusk "Zapad-2025" təlimlərini Polşaya hücum üçün təlim hesab edir.
Sentyabrın 12-dən 16-dək Belarus ərazisində Rusiya-Belarus birgə “Zapad-2025” təlimləri keçiriləcək.
Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib ki, Belarus-Rusiya birgə “Zapad-2025” təlimləri yalnız müdafiə məqsədi daşıyır. Onun sözlərinə görə, təlimlərdə İttifaq dövlətinə qarşı yönəlmiş potensial təcavüzün dəf edilməsi ssenarisi tətbiq olunacaq.
Samir