Fiziklər 200 illik nəzəriyyəni səhv çıxartdı

DÜNYA
23:13 / 05.09.2025
40

Saar Universitetindən alimlər buzun niyə sürüşkən olduğuna dair təxminən iki yüz illik izahı yenidən nəzərdən keçiriblər. Məlum olub ki, səbəb nə təzyiq, nə də sürtünmə deyil, buz və onunla təmas edən səth arasındakı həddə baş verən molekulyar dipollərin qarşılıqlı təsiridir.

HİT.az xəbər verir ki, tədqiqat "Physical Review Letters" (PRL) jurnalında dərc edilib.

Ənənəvi olaraq hesab edilirdi ki, buzun üstündə gəzəndə ayaqqabının təzyiqi və ya sürtünmə kristal qəfəsin yuxarı qatını məhv edərək onu nazik bir su təbəqəsinə çevirir. Lakin professor Martin Müzerin rəhbərlik etdiyi qrup tərəfindən aparılan kompüter modelləri göstərib ki, əsas rol su molekullarının kristal buzda və ayaqqabı dabanının materialındaki dipollarının qarşılıqlı təsiridir. Bu qarşılıqlı təsir kristalın nizamlı quruluşunu "pozaraq" onu amorf və nəticədə maye forma çevirir.

Təbəqə buzun təzyiq altında əriməsi nəticəsində deyil, molekulların nizamının pozulması nəticəsində yaranır. Bu proses həddindən artıq aşağı temperaturlarda, –40 °C və daha aşağıda belə davam edir. Baxmayaraq ki, bu şəraitdə yaranan maye qatı, az qala bal qıvamında özlülüyə malik olur və xizək sürmək demək olar ki, mümkün deyil, nazik bir təbəqə hələ də mövcuddur.

Müzer vurğulayıb: "Biz göstərdik ki, nə təzyiq, nə də sürtünmə heç bir əhəmiyyətli rol oynamır. Bütün iş dipol qarşılıqlı təsirlərindədir".

Samir

0