Zelenski: Tramp bəzi Aİ ölkələrinin Rusiyaya kömək etməsindən narazıdır

DÜNYA
18:59 / 05.09.2025
45

ABŞ prezidenti Donald Tramp bəzi Avropa İttifaqı ölkələrinin Rusiyadan neft və qaz almasından və bununla da Rusiya hərbi maşınının Ukraynaya qarşı müharibə aparmasına kömək etməsindən çox narazıdır. 

HİT.az-ın məlumata görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski Ujqorodda Avropa Şurasının prezidenti Antonio Kosta ilə birgə mətbuat konfransında deyib.

"Dünən prezident Trampla söhbətində enerji təhlükəsizliyi və Rusiyanın gəlirlərini necə azaltmaq barədə çox danışılıb. Prezident Tramp avropalıların Rusiya neftini və qazını almasından narazı idi. Bu, xüsusən də bəzi Avropa ölkələrinin - Slovakiyanın, Macarıstanın və yəqin ki, hələ də başqa ölkələrin siyasətinə aiddir", deyə Zelenski qeyd edib.

Ukrayna prezidentinin sözlərinə görə, bu gün o, bu barədə Slovakiyanın baş naziri Robert Fiko ilə danışacaq: "Və həqiqətən ümid edirik ki, digər qonşularımız da müvafiq siqnalları eşidəcəklər”, - deyə Zelenski bildirib.

Ukrayna prezidentinin də vurğuladığı kimi, Amerika bəzi ölkələrin Rusiyanın enerji resurslarını almaqla “Rusiya müharibə maşını”na yardım etməsindən çox narazıdır.

Zelenski qeyd edir ki, Rusiyanın enerji resurslarının alınması dayandırılmalıdır. Bu məqsədlə məsləhətləşmələr aparılacaq.

"Və dünən biz bu barədə telefonla razılaşdıq - Avropa İttifaqının sanksiyaları ilə bağlı peşəkar insanlar Amerika nümayəndələri ilə görüşəcək və onlar ruslarla enerji ticarətinin bütün kanallarını necə dayandırmağı müzakirə edəcəklər", - Zelenski əlavə edib.

Ukrayna prezidentinin sözlərinə görə, Aİ-nin Ukraynanı dəstəkləmək üçün vəsait tapması o qədər də ədalətli görünmür və biz ABŞ-dan sanksiyaların tətbiqini tələb edirik, digər tərəfdən isə Rusiyanın enerji resurslarını, o cümlədən Avropa ilə alverini həyata keçirən başqa kanallar da var.

Öz növbəsində, Kosta təsdiqləyib ki, Tramp Rusiya qazı və neftinin avropalılar tərəfindən alınması vasitəsilə müharibənin davam etdirilməsinə kömək edən Rusiya imkanlarının gücləndirilməsinin dayandırılmasının çox vacib olduğunu vurğulayıb.

"Avropa səviyyəsində biz Rusiyadan qaz və neft istehlakını 80% azaltdıq. 20% qalıb. Və biz bunun üzərində işləməliyik. Bu 20%-in böyük hissəsi Macarıstanın istehlakıdır. Və müharibənin bitməsini sürətləndirməyin ən yaxşı yolu Macarıstanın da Rusiya qazı və neftinin idxalını dayandırması olardı", detə Kosta vurğulayıb.

Samir

0