ABŞ-ın keçmiş prezidenti Co Bayden hakimiyyətinin son günlərində əvvəlcədən razılaşdırmadan əfv siyahılarını avtomatik olaraq imzalaya bilərdi.
HİT.az xəbər verir ki, bunu "New York Post" (NYP) qəzeti ABŞ-ın keçmiş administrasiyasının əməkdaşlarının yazışmalarına istinadən yazıb.
Məqalədə qeyd edilir: "Genişmiqyaslı əfvlər Qərb Qanadı və Ədliyyə Departamentində onun istəklərinin dəqiq yerinə yetirilməsini necə təmin edəcəyi ilə bağlı narahatlıqları artırdı və minlərlə əfv elan etməzdən əvvəl Baydenin özü ilə məsləhətləşib-məşvərət edilmədiyi bəlli deyil".
Yazışmalardan belə məlum olur ki, əməkdaşlar kütləvi əfv etmələri adətən Baydenin işi dayandırdığı saatlarda müzakirə ediblər. Bundan əlavə, qeyd edilir ki, ABŞ Ədliyyə Nazirliyi 2,5 min məhbusun siyahısını əfv barədə ictimai olaraq elan edildikdən sonra alıb.
İyul ayında Bayden əfv fərmanlarını imzalamaq üçün avtomatik cihazdan istifadə etdiyini rəsmi olaraq etiraf edib. Eyni zamanda o, iddia edib ki, hər bir belə qərar sırf onun tərəfindən qəbul edilib.
Samir