Hindistan zəngin mədəniyyəti və kontrastlı həyat tərzi ilə tanınır. Bu ölkədə gündəlik məhsullardan tutmuş sənət əsərlərinə qədər dünyanın ən bahalı əşyalarından bəzilərinə rast gəlmək mümkündür.
HİT.az xəbər verir ki, "Wionews" nəşri Hindistanda ən bahalı 10 məhsulu təqdim edib.
Eşşək südü
Hindistanda ən bahalı qida məhsulu hesab olunur. Bir litri 5000–7000 rupi təşkil edir.
Manohari çayı
Assam əyalətində istehsal olunan nadir "Manohari Gold" çayı 2022-ci ildə keçirilən xüsusi hərracda kiloqramı 1,15 lakh rupiyə satılıb.
Tac-Mahal sarayına ziyarət
Tac otelində təşkil olunan dəbdəbəli ziyafət 1,5 lakh rupiyə başa gəlir.
"Dior X Air Jordan" ayaqqabısı
Çox nadir və tələb olunan modeldir. Yenidən satış bazarında qiyməti 6,5–7,6 lakh rupidən başlayır.
Woodstock məktəbində təhsil
Mussoridə yerləşən beynəlxalq xristian internat məktəbinin illik ödənişi 2025-ci ildə 15–17,65 lakh rupiyə çatır.
Qızıl köynək
Tamamilə qızıldan hazırlanıb, 20 sənətkarın iki ilə yaxın əməyi nəticəsində ortaya çıxıb. Qiyməti 1,3 cror rupi təşkil edir.
"Antilia" göydələni
Milyarder Mukeş Ambaninin 27 mərtəbəli iqamətgahı Hindistanın ən bahalı evi sayılır. Tikinti xərci 15 000 cror rupiyə başa gəlib.
V. S. Gaitonde tablosu
Hindistanın məşhur rəssamı V. S. Gaitondenin 1969-cu ildə çəkdiyi adsız əsər Mumbaydakı hərracda 42 crora satılıb.
"Richard Mille" saatı
RM 40-01 "McLaren Speedtail" modeli Hindistanın ən bahalı saatıdır. Qiyməti 840 milyon rupi dəyərindədir. Məhdud sayda istehsal edilib.
"Rolls-Royce Phantom VIII EWB" avtomobili
Hindistanın ən bahalı maşınıdır. 22 cror rupiyə satılır. Xüsusi sifarişlə istehsal olunan model "Bohemian Red" rəngi, qızıldan hazırlanmış "Spirit of Ecstasy" heykəlciyi və işıqlanan radiator barmaqlığı ilə seçilir.
Samir