Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının sessiyasında təşkilatda islahatların aparılması təklifləri ilə çıxış etmək niyyətindədir.
HİT.az xəbər verir ki, o, bu barədə respublika parlamentində bildirib.
"Mən tezliklə Nyu-Yorkda keçiriləcək Baş Assambleyanın yubiley sessiyasında çıxış etməyi planlaşdırıram, orada Qazaxıstanın beynəlxalq vəziyyətə baxışını, o cümlədən BMT-də islahatlara dair təklifləri təqdim edəcəyəm”, deyə o bildirib.
Şanxay Əməkdaşlıq Təşkilatının sammitində təşkilat üzvlərinin Birləşmiş Millətlər Təşkilatının müasir siyasi və iqtisadi reallıqlara uyğunlaşdırılması üçün islahatların aparılmasının zəruriliyini bəyan etdiyi birgə bəyannamə imzalanıb.
Sammit zamanı Tokayev bildirib ki, BMT-nin islahatları həyata keçirməkdən imtina etməsi dövlətlərin beynəlxalq təşkilata inamını sarsıda bilər.
O, dəyişikliyə nail olmağın çətin olacağını, lakin başqa yol olmadığını bildirib.
Samir