Los-Anceles Polis Departamenti keçmiş vitse-prezident və Demokratlar Partiyasından prezidentliyə keçmiş namizəd Kamala Harrisin təhlükəsizliyini təmin etməyi dayandırıb.
HİT.az xəbər verir ki, bu barədə "Los Angeles Times" məlumat yayıb.
Harrisin təhlükəsizliyini ABŞ Gizli Xidməti təmin edirdi. Qəzetin yazdığına görə, təhlükəsizlik xidmətləri müqavilənin tənqidindən sonra bu vəzifələrdən azad edilib.
Sentyabrın 5-də Los Angeles Times qəzeti ABŞ prezidenti Donald Tramp tərəfindən hökumət himayəsindən məhrum edilən Kəmalə Harrisin təhlükəsizliyinin indi Los Anceles Polis Departamenti tərəfindən idarə olunduğunu yazıb.
Avqustun sonunda Tramp Kamala Harrisin təhlükəsizliyindən məhrum edib. Qanuna görə, keçmiş prezidentlər ömürlük müdafiə hüququna malikdirlər. Harris, keçmiş vitse-prezident kimi, vəzifədən getdikdən sonra altı ay müdafiə alıb. Lakin səlahiyyət müddəti bitməmiş ABŞ-ın keçmiş prezidenti Co Bayden Harrisin müdafiəsini altı aydan çox müddətə, 2026-cı ilin iyul ayına qədər uzatan sərəncam imzalayıb.
Samir