Milyarder Roman Abramoviçə qarşı heç bir ittiham irəli sürülməyib və Cersi adasında onunla bağlı heç bir cinayət işi aparılmayıb.
HİT.az xəbər verir ki, bu barədə TASS-a iş adamının nümayəndəsi məlumat verib.
"Cənab Abramoviçin hər hansı cinayət fəaliyyətində iştirakı ilə bağlı hər hansı açıqlamalar həqiqətə uyğun deyil", deyə milyarderin nümayəndəsi bildirib.
Bir gün əvvəl “The Guardian” İsveçrə Federal Cinayət Məhkəməsinin sənədlərinə istinadla yazıb ki, Cersi adasının hakimiyyət orqanları korrupsiya və çirkli pulların yuyulmasında şübhəli bilinən Roman Abramoviçə qarşı cinayət işi başlayıb. Müstəntiqlərin Abramoviçin “1990-2000-ci illərdə Rusiyada kapitalizmin xaotik və nəzarətsiz yüksəlişi zamanı” əldə etdiyi sərvət mənbələrini araşdırdıqları deyilir.
Mart ayında Cq.ru Abramoviçin Britaniya hökuməti ilə məhkəmə işinə cəlb olunacağını bildirmişdi. Mənbənin sözlərinə görə, Böyük Britaniya hakimiyyəti rusiyalı iş adamının “Çelsi”nin nəzarət paketini satdıqdan sonra aldığı pulun istifadəsi ilə bağlı mübahisəni həll etmək istəyir.
Samir