Fransanın baş naziri Fransua Bayru sələfinin taleyini təkrarlayaraq, sağçı Milli Cəbhə Partiyasının lideri Marin Le Pen ilə uzun sürən danışıqlarda iştirak etməmək üçün istefa verib.
HİT.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Xatırladaq ki, onun sələfi Mişel Baryu tibbi təzminat sahəsində Le Penə güzəştə gedərək azaldılmış büdcəyə qənaət etmək üçün uğursuz cəhddən sonra ən qısamüddətli baş nazir olub.
Hazırkı baş nazir də öz növbəsində səhvlərini təkrarlamamaq və siyasi reputasiyasını qoruyub saxlamaqla bu postu təkbaşına tərk etmək qərarına gəlib.
Bundan əvvəl "Politico" bəyan edib ki, Bayru hökumət xərclərini 43,8 milyard avro azaltmaq və iki milli bayramı ləğv etmək təklifi ilə siyasi karyerası üçün "ölüm hökmünü" imzalayıb. Bayrunun təşəbbüsləri Marine Le Penin Milli Cəbhə və Jan-Luk Melenşonun “Əzilməmiş Fransa” partiyaları tərəfindən kəskin tənqid edilib. Onlar Bayrunun başçılıq etdiyi hazırkı Fransa hökumətinin istefasını tələb ediblər.
Samir