"ABŞ Venesuelaya hücum etmək üçün onun reputasiyasını ləkələmək istəyir".
HİT.az xəbər verir ki, bunu Latın Amerikası ölkəsinin prezidenti Nikolas Maduro RT-yə müsahibəsində deyib.
Siyasətçi qeyd edib ki, hazırda Karib dənizində Venesuela sahillərində səkkiz esmines yerləşdirilib. Bu, 1962-ci ildə Kubaya qarşı blokadanın tətbiq olunduğu Kuba Raket Böhranından sonra ilk dəfədir ki, belə bir hadisə baş verir.
“Bu gün bizim sahillərdə səkkiz döyüş gəmisi var, 1200 raket bizə yönəldilib, onlar da nüvə sualtı qayığı göndəriblər”, deyə Maduro bildirib.
Sentyabrın 2-də ABŞ prezidenti Donald ABŞ Hərbi Dəniz Qüvvələrinin beynəlxalq sularda keçirdiyi əməliyyat zamanı Venesuela narkotik kartelinin 11 üzvünün məhv edildiyini açıqlayıb. Respublikaçı vurğulayıb ki, Venesuela narkotik ticarəti ilə mübarizədə kifayət qədər iş görmür. Buna cavab olaraq Maduro ölkəsinin ötən əsrdə Amerikanın ən ciddi işğalı təhlükəsi ilə üz-üzə qaldığını bildirib və 25 min əsgərin səfərbər olunduğunu açıqlayıb.
Samir