Rusiya qitələrarası təhlükə yaradır - Kosta

DÜNYA
21:18 / 09.09.2025
58

"Hind-Sakit okean regionunda təhlükəsizlik vəziyyətindən narahat olanlar Rusiyanın yaratdığı təhlükəni nəzərə almalıdırlar".

HİT.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta Latviyanın baş naziri Evika Siline ilə birgə mətbuat konfransında deyib.

"Rusiya təkcə Avropa üçün təhdid deyil. Rusiya qitələrarası ölkədir, çünki Rusiyanın bir hissəsi Avropada, digər hissəsi Asiyadadır, ona görə də Baltik dənizində, həmçinin Sakit Okeanda sərhədləri var. Ona görə də Sakit okeanda təhlükəsizliklə maraqlanan hər kəs Rusiyadan da narahat olmalıdır. Bu, Birləşmiş Ştatların heç vaxt unutmamalı olduğu bir şeydir", deyə Avropa Şurasının rəhbəri bildirib.

Bu kontekstdə o əlavə edib ki, İstəklilər Koalisiyasının üzvləri Aİ hüdudlarından kənarda, o cümlədən Norveç, İslandiya, Türkiyə, Yaponiya, Avstraliya, Yeni Zelandiya və başqalarından mümkün qədər çox iştirakçı cəlb etməyə çalışırlar:

"Koalisiya həmçinin Ukraynada sülh sazişi üçün etibarlı təhlükəsizlik təminatları üçün ABŞ-ın dəstəyini təmin etməyə çalışır. O zaman biz müttəfiqlər və tərəfdaşlar kimi münasibətlərimizi sabitləşdirmək üçün ABŞ-la işi davam etdirməliyik".

Samir

0