Pentaqon rəhbəri: ABŞ Çinlə münaqişə və ölkədə rejim dəyişikliyi istəmir

DÜNYA
20:20 / 10.09.2025
53

Pentaqonun rəhbəri Pit Heqset Çinin müdafiə naziri Donq Jun ilə söhbəti zamanı bildirib ki, ABŞ Çinlə münaqişə və ya ölkədə rejim dəyişikliyi istəmir. 

HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Pentaqonun sözçüsü Sean Parnell deyiv: "Heqset açıq şəkildə bildirdi ki, Birləşmiş Ştatlar Çinlə münaqişəyə can atmır və Çində rejim dəyişikliyinə cəhd etmir".

Bununla belə, Heqset əlavə edib ki, ABŞ-ın Asiya-Sakit okean regionunda həyati maraqları var və Vaşinqton onları qətiyyətlə müdafiə edəcək.

Çinin müdafiə naziri Donq Jun da öz növbəsində Pentaqonun rəhbəri Pete Hegset ilə söhbətində deyib ki, Tayvanı Çini cilovlamaq üçün bir vasitə kimi istifadə etmək cəhdləri uğursuzluğa məhkumdur.

“Financial Times” qəzeti ötən həftə Alyaskada ABŞ və Tayvan müdafiə nazirliklərinin nümayəndələri arasında gizli danışıqların baş tutduğunu yazıb. Onun məlumatına görə, danışıqlar ABŞ və Tayvan yüksək səviyyəli rəsmilərinin iyunda Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşünün ləğvindən sonra baş tutub. Tayvan nümayəndə heyətinə adanın müdafiə naziri Vellinqton Koo rəhbərlik etməli idi.

Samir

0