Viktor Orban: Ursula fon der Leyen AK rəhbəri postunu tərk etməlidir

DÜNYA
15:58 / 11.09.2025
51

"Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen militarist fikirlərinə görə vəzifəsini tərk etməlidir".

HİT.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

Orban diqqəti Polşanın hava məkanında pilotsuz uçan aparatlarla baş verən insidentdən sonra AK rəhbərinin müharibə tərəfdarı sərt siyasi çıxış etdiyinə diqqət çəkib:

"Ukrayna sözü 35 dəfə xatırlandı və Brüssel xəttini izləməkdən imtina edən hər kəsə Aİ-nin maliyyəsini kəsməklə hədələndi".

Onun sözlərinə görə, fon der Leyenin düşməncəsinə çıxışından sonra sağçı mühafizəkar “Avropa Patriotları” fraksiyası ona etimadsızlıq səsverməsi təşəbbüsü ilə çıxış edib. Macarıstanın baş naziri onu da qeyd edib ki, AK rəhbəri tutduğu vəzifədən getməlidir.

"Böyük çağırışlar, şiddətli mübahisələr. İstəsək də, istəməsək də dəyişiklik gəlir", deyə o vurğulayıb.

Bundan əvvəl "Politico" və "Euractiv" Avropa sol qüvvələrinin yenidən fon der Leyenə etimadsızlıq səsverməsi təqdim etməklə hədələdiyini bildirdi. Onlar AK-nin Qəzza zolağı ilə bağlı vəziyyətdəki siyasəti, eləcə də ABŞ-la baş tutmayan sövdələşməyə görə Avropanın ticarət siyasəti qane etmir. Nəşrlərin yazdığına görə, hazırda “sollar” imza toplayır. Gözlənilir ki, “yaşıllar” və “sağlar” onlara qoşula bilər, lakin hələlik dəqiq vəziyyət məlum deyil. Yayda artıq fon der Leyeni və bütün AK-ni kənarlaşdırmaq cəhdləri olub, lakin sonra avropalı deputatlar bunun əleyhinə səs veriblər. 

Samir

0