"Finlandiya mütəmadi olaraq müdafiə planlaması və əməliyyatlarını nəzərdən keçirir".
HİT.az xəbər verir ki, bunu prezident Aleksandr Stubb Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
Stubba görə, Finlandiya müdafiə planlamasını və əməliyyatlarını həftəlik, aylıq, illik nəzərdən keçirir:
"Prezident və ali baş komandan kimi mən Finlandiya müdafiəsi ilə bağlı bütün məlumatlara nəzarət edirəm. Və sizə zəmanət verə bilərəm ki, biz yaxşı vəziyyətdəyik - istər havada, istər dənizdə, istərsə də quruda. Biz öz planlarımızı inkişaf etdirməyə davam edirik və pilotsuz təyyarələr bunun böyük bir hissəsidir".
O, əmin edib ki, Finlandiya birgə çəkindirməni maksimum dərəcədə artırmaq üçün Ukrayna ilə işləməyə davam edəcək:
"İndi Avropaya nəzər salsaq, deyə bilərik ki, Rusiya ilə sərhəddə Türkiyə, Ukrayna, Polşa və Finlandiya da daxil olmaqla dörd mühüm müdafiə qüvvəsi var. Biz soyuq müharibədən bəri heç vaxt sayıqlığımızı itirməmişik və bunun səbəbi çox sadə idi: biz Rusiyanın kifayət qədər imperialist meylləri ilə bağlı çox realist idik".
Stubb həmçinin vurğulayıb ki, inkişafın davam etməsi lazımdır, çünki Rusiya Avropa ölkələrini sınaqdan keçirməyi dayandırmayacaq və müxtəlif hibrid əməliyyatlar keçirəcək.
Samir