Yaponiya öz freqatlarının Filippin Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi ilə bağlı danışıqlara başlamağa hazırlaşır.
HİT.az xəbər verir ki, bu barədə "Nikkei" agentliyi məlumat yayıb.
Sentyabrın 9-da Yaponiya və Filippinin müdafiə nazirləri artıq görüş keçirərək, Yaponiyanın əvvəllər Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrində xidmətdə olan freqatların Filippinə təhvil verilməsi barədə ilkin razılığa gəliblər. Agentliyin məlumatına görə, bu, Yaponiyanın Abukuma sinifli freqatları, həmçinin Filippin Hərbi Dəniz Qüvvələri üçün hava hücumundan müdafiə sistemləri ola bilər.
Ekspertlər hesab edirlər ki, Yaponiya və Filippin hakimiyyəti Çinlə münasibətlərdə gərginliyin artması fonunda hərbi-texniki əməkdaşlığı gücləndirmək niyyətindədir. Qeyd olunur ki, Filippin Hərbi Dəniz Qüvvələri regionda artan Çin təsirinə qarşı çıxmaq üçün daha çox döyüş gəmisi əldə etməyə çalışır. Bundan əvvəl Filippin dəniz komandanlığının nümayəndələri bildirmişdilər ki, Yapon freqatlarının tədarükü 2027-ci ildə başlaya bilər.
Samir