ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerin yetkinlik yaşına çatmayanların cinsi istismarında ittiham olunan maliyyəçi Ceffri Epşteynlə əlaqəsinə görə Böyük Britaniyanın ABŞ-dakı səfiri Piter Mandelsonun işdən çıxarılması barədə şəxsən ona məlumat verməməsindən narazı qalıb...
HİT.az xəbər verir ki, bu barədə Politico Ağ Evdəki adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
Sentyabrın 11-də Starmer, Epşteyn ilə yaxınlığının miqyası üzə çıxdıqdan sonra Mandelsonu vəzifəsindən azad edib. Bu qərar Britaniya İcmalar Palatasında Bloomberg Epşteyn və Mandelson arasında əvvəllər dərc olunmamış yüzdən çox e-poçtu açıqladıqdan bir neçə saat sonra elan olunub.
"Tramp Mandelsonun işdən çıxarılmasına yanaşmadan qıcıqlandı. O, Starmerin ona şəxsən məlumat verməməsindən narazıdır və gələn həftə onun dövlət səfərinə (Britaniyaya) kölgə sala biləcək hər şeydən ehtiyatlanır", deyə məqalədə qeyd edilur.
Mənbə əlavə edib ki, Ağ Ev indi ABŞ prezidentinin səfərinin Mandelson qalmaqalının kölgəsində qalacağından narahatdır və Londondan tezliklə varis təyin etməsini istəyir.
Samir