Almaniya kansleri Fridrix Merz bildirib ki, Almaniyada gənclərin çoxu universiteti, çox az isə peşə təhsilini seçir.
HİT.az verir ki, kansler enerji şirkətlərinin həmkarlar ittifaqları ilə görüşündə deyib: "İnsan orta məktəb diplomu ilə başlamır və akademik diplomla bitmir. "Sərin peşələr"ə və karyera imkanlarına diqqət yetirmək lazımdır".
Səbəb tələbələrin işə qəbulu ilə bağlı problemlərdir: Bu payızda Almaniyada kadr hazırlığı üçün təxminən 129 min yer boş qalıb - bu, xüsusilə enerji sektorunda nəzərə çarpır.
İxtisaslı Kadrların İnkişafı üzrə Kompetensiya Mərkəzinin məlumatına görə, 2024-cü ildə tikinti və elektrik quraşdırma üzrə mütəxəssislər üçün vakant olan on yerdən səkkizi tutulmayıb. Bu isə elə bir peşədir ki, onsuz enerji islahatı və yaşıl hidrogenə keçid mümkün deyil.
Müəllimlər həmkarlar ittifaqının rəhbəri Stefan Dühl BILD-ə deyib: "Federal ştatdan asılı olaraq, məktəbdə işlər yaxşı getməsə belə, bütün məktəb məzunlarının 90 faizə qədəri universitetə gedir. Bir çoxları lazımi bacarıqlara malik olmadığı üçün universitetə getməsələr daha yaxşı olardı. Diplom tələb etməyən, lakin ciddi peşəkar hazırlıq tələb edən əla iş yerləri var".
Samir