Alman Ordusu aktiv vəzifəli şəxsi heyətini demək olar ki, üç dəfə artırmalı və hazırkı 62.000 nəfərə daha 100.000 nəfər əlavə etməlidir.
HİT.az xəbər verir ki, bu barədə "Reuters"in əldə etdiyi məxfi məktubda ordu müfəttişi və faktiki komandir Alfons Mais bildirib.
Mais qeyd edib ki, bu, NATO-nun Rusiya tərəfindən artan təcavüz təhlükəsi qarşısında Avropa ölkələrinin döyüş hazırlığını artırmaq kimi yeni məqsədlərinə cavab vermək üçün lazımdır. Sentyabrın 2-də Bundesverin rəhbəri (baş müfəttiş) Karsten Breuerə göndərdiyi məktubda müfəttiş quru qoşunlarının sayını 2029-cu ilə qədər 45.000, 2035-ci ilə qədər isə daha 45.000 nəfər artırmağa, ərazi müdafiəsini gücləndirmək üçün daha 10.000 nəfərə ehtiyac olduğunu bildirib.
O hesab edir ki, hərbçilərin sayının belə artırılması 2029-cu ilə qədər ordunun döyüş hazırlığını əhəmiyyətli dərəcədə artırması və 2035-ci ilə qədər Almaniyanın NATO-ya vəd etdiyi imkanlar səviyyəsini təmin edə bilməsi üçün lazımdır.
Almaniya Müdafiə Nazirliyi Reuters-in məlumatlarını şərh etməkdən imtina edib. Bununla belə, onlar ölkənin ümumilikdə 460 min hərbi personala - 260 min fəal və 200 min ehtiyata ehtiyacı olduğu barədə məlumatı təsdiqləyiblər.
Samir