Vitor Orban: Onun kimi siyasətçilər Macarıstanı iki dünya müharibəsinə sürüklədi

DÜNYA
15:55 / 12.09.2025
43

Macarıstanın baş naziri Viktor Orban "Kossuth" radiosunda Avropa Komissiyasının sədri Ursula von der Leyeni bir daha Avropanı müharibəyə sürükləmək cəhdinə görə tənqid edib.

HİT.az xəbər verir ki, onun sözlərinə görə, Budapeşt artıq üç il yarımdır Ukraynadakı münaqişənin mənfi nəticələrindən əziyyət çəkir. Baxmayaraq ki, bununla heç bir əlaqəsi yoxdur. 

"Qərbdə bəzi xanımlar və cənablar ölkəni boynundan tutaraq münaqişəyə sürükləmək istəyirlər və buna müqavimət göstərmək lazımdır", deyə siyasətçi bildirib.

O xatırladıb ki, macarlar iştirak etmək istəmədikləri I və II Dünya müharibələrinə sürükləniblər. Baş nazir bildirib ki, bu, ölkənin bütün 20-ci əsri itirməsinə gətirib çıxarıb. Onun sözlərinə görə, Macarıstanı bu münaqişələrə sürükləyən Ursula fon der Leyen kimi siyasətçilər olub.

Orban daha əvvəl demişdi ki, Ursula fon der Leyen militarist baxışlarına görə vəzifəsini tərk etməlidir. Orban diqqəti Polşanın hava məkanında pilotsuz uçuş aparatları ilə bağlı insidentdən sonra AK rəhbərinin kəskin müharibə tərəfdarı siyasi çıxış etdiyinə yönəldib.

Samir

0