Belçika Ordusu Birliyinin lideri Boris Morinvil deyib ki, krallığın hərbi xidmətə çağırışı təşkil etmək üçün insan və texniki resursları yoxdur.
HİT.az xəbər verir ki, o, bu barədə RTL telekanalına müsahibəsində danışıb.
Boris Morinvil bununla Belçikanın müdafiə naziri Teo Frankenin 17 yaşından gənclərə bir il müddətinə könüllü hərbi xidmətə çağırış məktubları göndərmək fikrini şərh edib.
"Bizim nə insan resurslarımız, nə infrastruktur, nə də bu yeni gənclər axınının öhdəsindən gəlmək üçün avadanlıqlarımız var", deyə Boris Morinvil bildirib.
O, əlavə edib ki, hakimiyyət artıq hərbi xidmətdə olanlara daha yaxşı qayğı göstərməli, xüsusən də onların əhval-ruhiyyəsini yüksəltməli, pensiya ilə təmin etməlidir.
Samir