Münasibətlərdə ayrılığa gətirib çıxaran davranışlar

DÜNYA
20:59 / 16.09.2025
44

Beynəlxalq alimlər qrupu müəyyən edib ki, münasibətlərdə "kimin kimə nə qədər borclu olduğu"nun hesablanması cütlüyün xoşbəxtliyini ciddi şəkildə zəiflədə bilər. 

HİT.az xəbər verir ki, araşdırma "Personality and Social Psychology Bulletin" (PSPB) jurnalında dərc olunub.

Müəlliflər 13 il ərzində müşahidə olunan, Alman Ailə Panelindən (German Family Panel) olan 7 mindən çox cütlüyün məlumatlarını təhlil ediblər.

Məlum olub ki, zaman keçdikcə insanlar orta hesabla hesablaşma aparmağa daha az meylli olur və daha çox qayğıkeş modelinə - müqabilində mükafat gözləmədən tərəfdaşa kömək etməyə keçiriblər. Bu meyli daha yavaş azalanlar münasibətlərdən razılığını daha tez itirirlər. Hətta "tranzaksiya təfəkkürünün" (xidmətə görə geri ödəniş gözləntisinin) qısamüddətli artımı belə razılığı həm o anda, həm də iki il sonra azaldır.

Araşdırmanın müəllifi Toronto Universitetindən Xeon Gideon Pak izah edib: "Nəticələrimiz göstərir ki, insanlar hər şeyin "ədalətli" olmasına fokuslandıqda, onların münasibətləri tədricən pisləşir".

Maraqlıdır ki, tərəfdaşların bu göstəricidə oxşarlığı fayda gətirmir. Əgər onlardan biri "borc - qaytarılıb" hesabı aparmağa meylli idisə, o zaman cütlükdə razılıq digərinin bu baxışı bölüşüb-bölüşməməsindən asılı olmayaraq, azalır.

Müəlliflərin fikrincə, sevgi mühasibat kitablarına görə yaşamır. Qayğı və səxavət münasibətləri gücləndirir, daimi qarşılıqlı hərəkətlərin gözləntisi isə görünməz şəkildə etimad və istiliyi zəiflədir.

Samir

0