Almaniya Rusiyanın dondurulmuş aktivləri ilə bağlı mövqeyini onlardan istifadədən əldə olunan gəlirin Ukraynaya transferini dəstəkləmək lehinə dəyişmək qərarına gəlib.
HİT.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.
"Almaniya aktivlərdən maksimum qazanc əldə etməyin güclü tərəfdarına çevrilib", deyə nəşr yazır.
Agentliyin məlumatına görə, Almaniya keçmişdə dondurulmuş aktivlər mövzusuna ehtiyatla yanaşır, Avropanın maliyyə mərkəzinin qorunmasını müdafiə edir, həmçinin dövlət toxunulmazlığına hörmət edirdi.
Ötən gün keçmiş alman diplomatı və Münhen Təhlükəsizlik Konfransının keçmiş sədri Volfqanq İşinqer ABŞ prezidenti Donald Trampı Ukraynaya silah tədarükünü bərpa etməyə və Rusiyaya qarşı Senat tərəfindən artıq hazırlanmış yeni sanksiyalar tətbiq etməyə çağırıb.
O, həmçinin dondurulmuş Rusiya aktivlərinin Ukraynaya ötürülməsi üçün hüquqi cəhətdən məqbul və maliyyə baxımından sərfəli yollar tapmağa çağırıb. Digər məsələlərlə yanaşı, keçmiş diplomat Kiyevə təhlükəsizlik zəmanətinin verilməsinin vacibliyini qeyd edib.
Bundan əvvəl "Politico" yazmışdı ki, Aİ ölkələri dondurulmuş Rusiya aktivlərini reparasiya krediti kimi Ukraynaya köçürə bilər. Jurnalistlər qeyd ediblər ki, təşəbbüs Ukraynaya köçürülən pulların Aİ tərəfindən dəstəklənən veksellərlə əvəz edilməsindən ibarətdir.
Samir