Alman dəmiryolu şirkəti qrafiklə manipulyasiya edirmiş

DÜNYA
21:57 / 19.09.2025
52

Almaniyanın dəmiryolu şirkəti "Deutsche Bahn" qatarların vaxtında çatma statistikasını yaxşılaşdırmaq üçün reysləri vaxtından əvvəl ləğv etməkdə ittiham olunur. 

HİT.az xəbər verir ki, bu barədə "Spiegel" jurnalı yazıb.

Məlumata görə, 16 sentyabrda Münhendən Hamburqa yola düşən sürət qatarı ICE 616 böyük gecikmə ilə Kölndə dayanıb və orada "kadr çatışmazlığı" səbəbilə reysini gözlənilmədən yarımçıq dayandırıb. Hərəkət mərkəzinin işçi çatında isə "statistikanı yaxşılaşdırmaq üçün qatar Kölndən ləğv edildi" qeydi edilib. Nəticədə sərnişinlər başqa qatarlara keçməyə məcbur olublar, qatar isə 400 km-dən çox məsafəni boş vəziyyətdə Hamburqa gedib.

Bildirilir ki, bu, artıq sistemli təcrübəyə çevrilib. Belə ləğvlər hesabatlarda "sıfırlanır", çünki statistikada yalnız vaxtında və ya gecikmiş reyslər nəzərə alınır, ləğv olunanlar isə daxil edilmir. Bu isə şirkət üçün mühümdür, çünki "Deutsche Bahn"un 22 milyard avro borcu var və yalnız 2025-ci ilin ilk yarısında 760 milyon avro zərər açıqlanıb.

Şirkət bunun nadir hallarda baş verdiyini desə də, dəmiryolu əməkdaşları bu praktikanın artıq adi hala çevrildiyini təsdiqləyiblər.

Samir
 

0