WSJ: ABŞ təmiz enerji yarışında Çinə uduzur

DÜNYA
19:19 / 22.09.2025
46

ABŞ bərpa olunan enerjiyə keçid sürətində Çindən xeyli geri qalır.

HİT.az bu barədə "The Wall Street Journal"a istinadən xəbər verir.

Qəzetin qeyd etdiyi kimi, Çin fəal şəkildə yaşıl enerjiyə keçid edir, ABŞ isə Donald Trampın rəhbərliyi altında neft və qaz hasilatına diqqət yetirir.

Massaçusets Texnologiya İnstitutunun və Rhodium Qrupunun məlumatına görə, bu ilin ikinci rübündə Amerika şirkətləri ilk dəfə olaraq elan etdiklərindən daha çox bərpa olunan enerji layihələrini ləğv ediblər. Təmiz enerjiyə investisiyalar əvvəlki rüblə müqayisədə 51% azalıb. E2 vəkillik təşkilatı hesab edir ki, ilin birinci yarısında ABŞ-da 22 milyard dollar dəyərində elektrik avtomobil, akkumulyator, günəş paneli, külək turbinləri və digər bərpa olunan enerji layihələri təxirə salınıb və ya ləğv edilib.

Bu arada Çin ilin ilk 7 ayında 277 giqavatlıq külək və günəş elektrik stansiyalarını işə salıb. Bu, ABŞ hakimiyyətinin bütün 2025-ci il üçün planlaşdırdığı enerji tutumunun həcmindən dörd dəfə çoxdur.

Samir

0