ABŞ səfiri: Suriyada heç vaxt sülh olmayacaq

DÜNYA
16:52 / 22.09.2025
48

"Suriyaya heç vaxt sülh gəlməyəcək". 

HİT.az "Clash Report" kanalına istinadən xəbər verir ki, bunu ABŞ-ın Suriyadakı səfiri Tom Barak deyib.

"Sülh illüziyadır. Heç vaxt sülh olmayıb. Yəqin ki, heç vaxt sülh olmayacaq", deyə Barak bildirib.

Diplomatın fikrincə, regionda kimsə həmişə hökmranlıq etmək istəyir və bu o deməkdir ki, kimsə tabe olmalıdır. O əlavə edib ki, ərəb dilində "itaət etmək" sözü yoxdur: "Onlar "itaət etmək" fikrini başa düşə bilmirlər".

Sentyabrın 21-də Suriyanın hazırkı prezidenti Əhməd əl-Şaraa BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-a gəlib.

Suriya prezidentinin ABŞ-a sonuncu rəsmi səfəri 1967-ci ilin yayında baş tutub. Əl-Şaranın səfərinin beş gün davam edəcəyi gözlənilir. Onu ən azı dörd nazirdən ibarət nümayəndə heyəti müşayiət edir. Səfər zamanı siyasətçi ABŞ-da Suriya ictimaiyyəti ilə görüşəcək, ABŞ-la diplomatik münasibətlərin bərpası, o cümlədən Vaşinqtonda səfirliyin açılması məsələlərini müzakirə edəcək, BMT Baş Assambleyasında çıxış edəcək. Orada liderin yeni Suriya ilə bağlı fikirlərini açıqlayacağı gözlənilir.

Samir
 

0