Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Suriyanın ərazi bütövlüyünü müdafiə edəcəyini bəyan edib və regionda sabitliyin təmin edilməsi üçün səylərə dəstək verməyə çağırıb.
HİT.az xəbər verir ki, bu barədə Ərdoğan Amerikanın "Newsweek" jurnalı üçün məqaləsində yazıb.
"Suriyanın bərpası və yenidən qurulması bütün Yaxın Şərqin sabitliyi üçün çox vacibdir. Ölkənin gələcəyi ilə bağlı istənilən qərarda Suriya xalqının maraqları prioritet olmalıdır", deyə Türkiyə lideri bildirib.
Türkiyə prezidenti əlavə edib ki, Suriyada davamlı sülhə nail olmaq yalnız bütün Suriya xalqının kollektiv iradəsini nəzərə almaqla, konkret qrupa imtiyazlar vermədən mümkündür.
O, həmçinin bəyan edib ki, Ankara separatçı ambisiyalar və terror təşkilatları üçün körpü yaradan istənilən təşəbbüslərə qarşıdır.
Samir