Aİ Moskvanın 250 milyard dollarlıq aktivindən necə istifadə etməyi düşünür?

DÜNYA
17:10 / 23.09.2025
38

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynaya kömək etmək üçün yeni mexanizm hazırlayır. 

HİT.az "Reuters"ə istinadən xəbər verir ki, bu, Ukraynanın Rusiyadan tammiqyaslı müharibə zamanı verdiyi itkilərə görə kompensasiya alması zamanı ödəniləcək "təzminat krediti"dir.

Mexanizm Rusiya aktivlərinin Avropa Komissiyası tərəfindən buraxılan sıfır kuponlu istiqrazlarla əvəzlənməsini nəzərdə tutur. O, blokun 27 ölkəsini cəlb etmədən “istəklilərin koalisiyası” çərçivəsində həyata keçirilə bilər. Bu, Putinin macar dostu, baş nazir Viktor Orbanın potensial vetosunun qarşısını alacaq.

2022-ci ildə Rusiya Mərkəzi Bankı və Maliyyə Nazirliyi ilə əməliyyatların dondurulmasından sonra Avropa İttifaqı Rusiyanın 250 milyard dollara qədər aktivlərini dondurub. İndiyədək Aİ Ukraynaya 50 milyard dollarlıq krediti qaytarmaq üçün aktivlərin faizindən istifadə edib, lakin yaranan faizlərin həcmi azalır.

Belçika qiymətli kağızlar depozitari Euroclear, 30 iyun tarixinə sanksiyaya məruz qalmış Rusiya aktivlərinin 194 milyard avro (228,4 milyard dollar) saxladığını bildirdi. Bu aktivlər 2025-ci ilin birinci yarısında 2,7 milyard avro faiz qazanıb, 2024-cü ilin eyni dövründə Rusiya aktivlərinin 173 milyard avrosundan əldə edilən 3,4 milyard avro faizdən aşağı.

Rusiya Mərkəzi Bankı daha əvvəl Qərb ölkələrində dondurulmuş təxminən 300-350 milyard dollar aktivinin olduğunu təsdiqləyib. Onların əksəriyyəti Avropada yerləşir. Aktivlər əsasən xarici qiymətli kağızlara, bank depozitlərinə və nostro müxbir hesablarına yatırılıb.

Bəzi bankirlər xəbərdarlıq edirlər ki, suveren aktivlərin müsadirəsi üçün presedent yaratmaq xarici investorların Qərb dövlət istiqrazlarına inamını sarsıda bilər.

Eyni zamanda, Belçika qeyd edir ki, aktivlərin müsadirəsi Euroclear-a qarşı məhkəmə iddialarına səbəb ola bilər və maliyyə böhranına səbəb ola bilər. Qeyd edək ki, Euroclear dünyanın ən böyük qiymətli kağız depozitarlarından biridir.

Moskva bildirib ki, onun aktivlərini müsadirə edən istənilən Avropa dövlətini mühakimə edəcək. Rusiyalı təbliğatçılar həmçinin qeyd ediblər ki, Rusiya aktivlərinin müsadirəsi Qərbin Rusiya iqtisadiyyatına 285 milyard dollar birbaşa xarici sərmayə qoymasını təhlükə altına salacaq.

Samir

0