Orbandan xəbərdarlıq: Aİ-ni Roma imperiyasının aqibəti gözləyir

DÜNYA
15:15 / 23.09.2025
178

Macarıstanın baş naziri Viktor Orban əmindir ki, Avropa İttifaqının dəyişiklikləri qəbul edə bilməməsi ittifaqın dağılmasına səbəb ola bilər. 

HİT.az xəbər verir ki, bu barədə RTRS televiziya və radio kanalı məlmat yayıb.

Macarıstanın baş naziri parlamentdə çıxışı zamanı deyib: "Aİ, Roma İmperiyası kimi, dəyişikliklərə uyğunlaşa bilmədiyi üçün dağılmaq ərəfəsindədir".

Orban qeyd edib ki, Aİ-nin hazırda yenilənməyə ehtiyacı var, lakin o, bunu etməyə qadir görmür. Onun sözlərinə görə, Aİ təcili olaraq kəskin dönüş yaratmasa, onun tarixi sona çatacaq.

Orban xəbərdarlıq edib ki, Avropa sisteminin çökməsi dərhal olmayacaq. Onun fikrincə, bu, tədricən baş verəcək, çünki Aİ-nin getdikcə daha çox ölkəsi Brüsselin göstərişlərinə əməl etməyi dayandırır.

Hökumət başçısı cari Avropa siyasətinin əsas problemləri kimi sürətlə dəyişən planları, sanksiyalar siyasətində nəticəsizliyi, qeyri-qanuni mühacirlərlə rəftar və ekoloji gündəmi göstərib.

Samir
 

0