Evlərini satdılar, işlərini tərk etdilər - Kahin "İsa gəlir" dedi, ara qarışdı

DÜNYA
09:30 / 24.09.2025
69

Dünya, sosial mediada yayılan bir qiyamət iddiası ilə çalxalanır. Cənubi Afrikalı kahin Coşua Mhlakela 24 sentyabrda xristianların Tanrı tərəfindən göyə qaldırılacağını və inanmayanların geridə qalacağını iddia edib. Kahinin iddiasına görə, "Göyə qaldırılma" (Rapture) zamanı dünya az qala silkələnəcək.

HİT.az xəbər verir ki, Mhlakela CENTTWINZ TV "YouTube" kanalında yuxusunda İsanı taxtında oturarkən gördüyünü və Məsihin ona "24 sentyabrda geri qayıdacağam" dediyini bildirib. Kahin sözlərini "Ya hazır olun, ya olmayın. Onun qüdrəti ilə dünya silkələnəcək" ifadəsi ilə tamamlayıb.

Sosial mediada iddialar sürətlə yayılıb. Bəzi insanlar evlərini satıb, işlərindən ayrılıblar. Sosial media istifadəçilərindən Tilahun Desalegn 5 illik maşınını satdığını söyləyərək "Sentyabrdan sonra ona ehtiyacım olmayacaq, atamın yanına gedirəm" deyib. Komediyaçı Kevin Frederiks isə "Maşınlar, geyimlər satılır, bəziləri geridə qalanlar üçün "qiyamət dəstləri" hazırlayır" deyib.

"Göyə qaldırılma" (Rapture) Xristian inancında İsanın ikinci gəlişində iman edənlərin birdən göyə qaldırılaraq İsaya qovuşacağına dair bir iddiadır. İncildəki ayələrə əsaslanan bu inaca görə əvvəl ölmüş möminlər diriləcək, ardınca sağ qalan möminlər də onlarla birlikdə buludlar içində Tanrıya qovuşacaq və sonsuza qədər onunla qalacaq. Xristianlıqda hər kəs tərəfindən eyni şəkildə qəbul edilməsə də, xüsusilə Protestant dünyasında mühüm bir fikir olub, zamanlaması mövzusunda "Böyük Çətinlikdən (Tribulation) əvvəl, ortasında və ya sonunda baş verəcək" şəklində fərqli şərhlər mövcuddur.

Samir
 

0