Bolton Rubionu Rusiyaya qarşı sanksiyalarla bağlı bəyanatlarına görə tənqid etdi

DÜNYA
16:11 / 24.09.2025
43

ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton dövlət katibi Marko Rubionun Rusiya neftini alan ölkələrə qarşı sanksiyaların tətbiqi ilə bağlı xəbərdarlığını tam cəfəngiyyat adlandırıb.

HİT.az bu barədə "The Hill"ə istinadən xəbər verir.

Bolton bildirib ki, ABŞ, əksinə, Rusiyaya qarşı sanksiyalarda aparıcı rol oynamalıdır: "Avropalıları gözləyəcəyimizi söyləmək, Qodotu gözləyəcəyimizi söyləmək kimi bir şeydir. Bizə istədiyimizi verməyəcəklər. Bunu biz etməsək, Ukraynada müharibə yavaş-yavaş davam edəcək. Putin buna ümid edir".

Xatırladaq ki, dünən Rubio sanksiyaların əleyhinə çıxış edərək, ABŞ-ın həm Vladimir Putin, həm də Volodimir Zelenski ilə danışıqlar apara bilən yeganə ölkə olduğunu bildirmişdi: "Biz sanksiyaları sərtləşdirən kimi sülhə nail olmaqda vasitəçilik qabiliyyətimiz azalacaq və bu müharibə daha iki il davam edəcək".

Bundan əlavə, Bolton əmin olduğunu bildirib ki, ABŞ prezidenti Donald Trampın Putinlə Alyaskada görüşündən sonra Ukraynada müharibə daha da şiddətlənib: "Trampla görüşdən sonra o, sanki əli boşmuş kimi davrandı. Və qorxuram ki, onun Ukraynadakı vəziyyətlə bağlı təsəvvürü indi düzgündür".

Samir

0