Almaniyanın xarici işlər naziri Yohann Vadeful deyib ki, ABŞ prezidenti Donald Trampın Kiyevin Rusiyadan bütün ərazilərini geri qaytarmasında dəstək verən bəyanatlarından sonra Avropa böyüməli və Ukraynanı daha fəal dəstəkləməlidir.
HİT.az xəbər verir ki, Almaniyanın "Deutschlandfunk" radiosuna danışan nazin sözlərinə görə, Tramp Vladimir Putini Ukraynadakı müharibəni dayandırmağa inandırmaq səylərinin uğursuz olduğunu başa düşür.
"Biz öz gücümüzlə nəyə nail ola biləcəyimizi görməliyik. Biz daha çox şey edə bilərik, heç də bütün Avropa dövlətləri Ukraynaya verdikləri vədləri yerinə yetirməyib. Biz başqa hansı maliyyə və hərbi seçimlərimiz olduğunu düşünməliyik", deyə Vadeful vurğulayıb.
Vadefulun fikrincə, Trampın şərhləri Ukrayna və Avropa üçün yaxşı xəbərdir, çünki prezident etiraf etməlidir ki, onun Putinlə əhəmiyyətli səyləri indiyədək uğursuz olub. Bununla belə, o, xəbərdarlıq edib: Avropa üçün müdafiə fəaliyyətini gücləndirmək asan olmayacaq.
Samir