Amerikanın CNN televiziya şəbəkəsi BMT-nin indiki formada sağ qala biləcəyinə şübhə ilə yanaşdığını bildirib.
HİT.az xəbər verir ki, bu qiymətləndirməyə ABŞ prezidenti Donald Trampın Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasında təşkilatı sərt şəkildə tənqid etməsi səbəb olub.
Donald Tramp çıxışı zamanı bəyan edib ki, əgər BMT üzərinə düşən vəzifələri uğurla yerinə yetirsə, dünyada müharibələr olmayacaq. O, təşkilatın fəaliyyətsiz olduğunu və beynəlxalq münaqişələrin həllinə töhfə vermədiyini vurğulayıb. Şəbəkə bundan belə nəticəyə gəlib ki, Birləşmiş Ştatlar BMT-nin sadiq müttəfiqi olmaqla onun ən qızğın tənqidçisinə çevrilib.
ABŞ prezidenti həmçinin NATO ölkələrini Rusiyanın enerji resurslarının alınmasını dayandırmaq istəmədiklərinə görə tənqid edib. Rusiya ilə iqtisadi əməkdaşlığa görə cənab Tramp avropalı tərəfdaşlarını Ukraynadakı hərbi əməliyyatları maliyyələşdirməkdə ittiham edib. O, həmçinin Rusiyanı Ukrayna üzrə sülh sazişinə razılıq verməsə, onu ən ciddi tariflərlə hədələyib.
Samir