Günəşdəki partlayış dünyanı məhv edə bilər: Yeri 10-25 il ərzində kütləvi məhv gözləyir

DÜNYA
09:48 / 25.09.2025
49

Kosmik hava üzrə mütəxəssis, "Space Weather News"in qurucusu Ben Devidson xəbərdarlıq edib ki, bu onillikdə yer kürəsi kütləvi məhv riski ilə üz-üzə qala bilər. Onun sözlərinə görə, geomaqnit fırtınası istənilən an baş verə və planetdəki həyatın böyük hissəsini məhv edə bilər.

HİT.az-ın məlumatına görə, Devidson bildirib ki, günəşin buraxacağı “mikronova” maqnit qütblərinin yerini dəyişdirə, iqlimi alt-üst edə, dağıdıcı hadisələrə, sunamilərə və nəhayət, kütləvi məhvə səbəb ola bilər. O, bu barədə "Matt Beall Limitless" podkastında danışıb. Ekspertin sözlərinə görə, biz artıq həmin fırtınanın içindəyik və dağıntılar yaxın vaxtlarda başlaya bilər.

Son illərdə günəş qeyri-adi dərəcədə aktivlik nümayiş etdirir. Devidson bunu “demək olar ki, tam məhvetmə səviyyəsində hadisə” kimi xarakterizə edib. Alimlər bildirirlər ki, günəş partlayışları təxminən hər 6 min ildən bir, daha güclüləri isə 12 min ildən bir baş verir.

1859-cu ildə baş verən məşhur "Karrinqton hadisəsi" güclü günəş fırtınası ilə əlaqələndirilir. O vaxt teleqraf xətləri sıradan çıxmış, naqillər alovlanmışdı. Devidson qeyd edir ki, növbəti belə fırtına ondan qat-qat güclü olacaq və 10–25 il ərzində baş verə bilər. Bu riski daha da artıran əsas səbəblərdən biri isə yerin xarici nüvəsindəki ərimiş dəmir axınlarının dəyişməsi nəticəsində maqnit qalxanının zəifləməsidir.

Ekspertlər bildirirlər ki, güclü günəş fırtınası yalnız rabitə sistemlərini deyil, bütövlükdə enerjini, su təchizatını, ərzaq daşınmasını və fövqəladə xidmətləri iflic edə bilər. Devidson xəbərdarlıq edib: “Üç gün ərzində yanacaqdoldurma məntəqələrində benzin, mağazalarda isə ərzaq olmayacaq.”

O əlavə edib ki, bu ssenaridə gözlənilən iqlim hadisələri artıq özünü göstərir və proses başlayıb. Daha əvvəl mütəxəssislər atmosferdə CO₂ səviyyəsinin artmasının 250 milyon ildən sonra kütləvi məhvə gətirəcəyini bildirirdilər. Ancaq Devidsonun sözlərinə görə, günəşin fəaliyyəti nəticəsində təhlükə çox daha tez – yaxın onilliklərdə baş verə bilər.

Bundan başqa, alimlər bu əsrdə nəhəng sunamilərin sahilyanı ərazilərin böyük hissəsini su altında qoyacağını proqnozlaşdırırlar. Beləliklə, insan fəaliyyətindən qaynaqlanan iqlim dəyişikliyi ilə yanaşı, günəş də bəşəriyyəti ciddi təhlükə qarşısında qoya bilər.

Samir

0