Məktəbə getmək üçün özünü yeniyetmə kimi göstərən kişini 30 il həbs cəzası gözləyir

DÜNYA
22:35 / 25.09.2025
42

ABŞ-da məktəbə getmək üçün özünü yeniyetmə kimi təqdim edən kişini 30 il həbs cəzası gözləyir.

HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

2019-cu ildə turist vizası ilə ABŞ-a gələn və ölkədə qeyri-qanuni qalan Entoni Emmanuel Labrador-Sierra Perrysburq Liseyinə yazılmağı bacarıb. O, məktəblərin sənədsiz olsa belə daimi yaşayış yeri olmayan tələbələri qəbul etməsini tələb edən federal qanundan istifadə edərək özünü 16 yaşlı evsiz tələbə kimi göstərib.

Miqrant təkcə dərslərdə iştirak etmıyib, həm də məktəb həyatında fəal iştirak edib: o, 14 yaşlı uşaqlarla futbol komandasında oynayıb və əvvəllər beynəlxalq tələbələri qəbul edən ailədə yaşayıb. Bir qadın ev sahibi ailə ilə əlaqə saxlayıb, Antoninin uşağının atası olduğunu və onun əslində 24 yaşında olduğunu iddia etdikdə aldatma üzə çıxıb. O, sübut kimi onun həqiqi sürücülük vəsiqəsi və digər sənədləri təqdim edib. Bu məlumatı alan məktəb rəhbərləri onunla görüşüb, lakin hekayəsində israr etməyə davam edib.

Səlahiyyətlilər tərəfindən aparılan araşdırma fırıldaqçılığı təsdiqləyib. Məlum olub ki, həmin şəxs doğum ili 2007-ci il olduğunu göstərən saxta doğum şəhadətnaməsindən istifadə edib və iş icazəsi üçün müraciət edərkən immiqrasiya statusu barədə də yalan məlumat verib. O, həmçinin qanunsuz olaraq odlu silah əldə edib.

Entonini indi 30 ilə qədər həbs gözləyir. 

Samir
 

0