CNN: NATO Rusiya təyyarələrinin vurulub-vurulmaması məsələsində razılaşmır

DÜNYA
19:50 / 25.09.2025
47

NATO ölkələri alyans üzvlərinin hava məkanını pozduğu iddia edilən Rusiya təyyarələrinin vurulması təklifi ilə bağlı fikir ayrılığına malikdir.

HİT.az xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb.

Məqalədə deyilir: "NATO müttəfiqləri alyansın NATO hava məkanını pozan Rusiya təyyarələrinin vurulmasını qaydaya çevirməsi məsələsində fikir ayrılığına malikdir".

ABŞ, Polşa və Baltikyanı ölkələr kimi bəzi ölkələr gələcək pozuntuların güclə qarşılanmalı olduğunu açıq şəkildə bildirir, Almaniya kimi digərləri isə daha çox təmkinli olmağa çağırır.

Bundan əvvəl Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov bəyan etmişdi ki, əgər NATO ölkəsi onun hava məkanını pozduğu iddiası ilə Rusiya təyyarəsini vurarsa, Şimali Atlantika Alyansı ilə Rusiya arasında silahlı münaqişə yaranacaq. O, həmçinin qeyd edib ki, alyans təyyarələri tez-tez Rusiya hava məkanına daxil olur, lakin heç vaxt vurulmayıb.

Sentyabrın 23-də ABŞ prezidenti Donald Tramp NATO hava məkanına uçan Rusiya qırıcılarının vurulmasını məqsədəuyğun hesab etdiyini bəyan edib.

Samir

0