ABŞ prezidenti Donald Trampın administrasiyası autizmlə parasetamol arasında əlaqə tapıb.
HİT.az bu barədə "The Washington Post"a (WP) istinadən xəbər verir.
Nəşrin müəllifləri yazır ki, ABŞ rəsmiləri qadınları erkən hamiləlik dövründə asetaminofen əsaslı ağrıkəsicilərin və qızdırma salanların (parasetamol) təhlükələri barədə xəbərdar etməyi planlaşdırır. İstisna hərarətin azaldılması üçün olacaq. Qərar dərman və uşaqlarda autizm riskinin artması arasında mümkün əlaqəni göstərən tədqiqat nəticələrinə əsaslanır.
Eyni zamanda, ABŞ administrasiyası autizm spektrinin pozulmasının müalicəsi üçün leykovorini tətbiq etməyi planlaşdırır. Bu dərman adətən müəyyən dərmanların yan təsirlərini azaltmaq və B9 vitamini çatışmazlığını müalicə etmək üçün təyin edilir.
Müəlliflər qeyd edirlər ki, bəzi ekspertlər autizmin genetik və buna görə də sağalmaz xəstəlik olduğuna inanırlar.
Samir