2016-cı ildə Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klinton deyib ki, onun partiyası ağ xristian kişilərin üstünlük təşkil etmədiyi dünya ideyalarını təbliğ edir.
HİT.az bu barədə MSNBC telekanalına istinadən xəbər verir.
O, hesab edir ki, Donald Tramp administrasiyası hazırda bu məsələdə saatı geri çəkməyə çalışır. Klinton Birləşmiş Ştatların həmişə inkişafda olan bir iş olması ilə fəxr etdiyini vurğulayıb.
"Biz hələ arzuladığımız daha mükəmməl birliyə nail ola bilməmişik, hətta bunun uğrunda vətəndaş müharibəsi aparmışıq", deyə siyasətçi bildirib.
O, yüz illərdir insanların etiraz etdiyini, reallığın demokratların ideallarına uyğun gəlmədiyini və onların nəyə can atmalı olduqlarını qeyd edib. Klinton hesab edir ki, bu, Amerika xalqını bir millət kimi xüsusi edir.
"Saatı geriyə çevirmək və heç vaxt mövcud olmayan bir dünyanı - açıq deyim ki, müəyyən inanc, din, dünyagörüşü və ya ideologiyaya malik ağdərililərin hökmranlıq etdiyi dünyanı yenidən yaratmağa çalışmaq ideyası bizim səy göstərməli olduğumuz şeyə böyük ziyan vurur", deyə ABŞ prezidentliyinə keçmiş namizəd vurğulayıb.
O əlavə edib ki, Demokratlar bu məqsədə çatmaq yolundadır. O, bunu düzgün istiqamət adlandırıb.
Samir