Şimali Atlantika Alyansına üzv dövlətlərin hava məkanını pozduğu iddiası ilə Rusiyaya qarşı effektiv çəkindirmə lazımdır.
HİT.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz bildirib.
"Biz bu hücumların davam etməsinə icazə verməyəcəyik", deyə kansler qeyd edib.
“Reuters”in məlumatına görə, Merz bəyan edib ki, NATO-nun bu məsələ ilə bağlı mövqeyini “tamamilə düzgün” hesab edir.
Alyans çərşənbə axşamı Rusiyaya xəbərdarlıq edib ki, özünü müdafiə etmək üçün “bütün zəruri hərbi və qeyri-hərbi alətlərdən” istifadə edəcək.
Bundan əvvəl Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov bəyan etmişdi ki, əgər NATO ölkəsi hava məkanını pozduğu iddiası ilə Rusiya təyyarəsini vurarsa, Şimali Atlantika Alyansı ilə Rusiya arasında silahlı münaqişə yaranacaq. O, həmçinin xatırladıb ki, alyans təyyarələri tez-tez Rusiya hava məkanına daxil olur, lakin heç vaxt vurulmayıb.
Sentyabrın 23-də ABŞ prezidenti Donald Tramp NATO hava məkanına uçan Rusiya qırıcılarının vurulmasını məqsədəuyğun hesab etdiyini bəyan edib.
Samir