Trampın əsas müşaviri Ağ Evdən özəl sektor üçün postunu tərk edəcək

DÜNYA
19:35 / 25.09.2025
42

Ağ Ev rəhbərinin müavini Taylor Budoviç özəl sektora qayıtmaq üçün ayın sonunda vəzifəsini tərk etməyi planlaşdırır. 

HİT.az xəbər verir ki, bu barədə "Axios" və "Bloomberg" mənbələrə istinadən yazıb.

Budoviç Ağ Evin Kommunikasiyalar, İctimaiyyətlə Əlaqələr, Nazirlər Kabineti və Danışıqlar Bürosunun işinə nəzarət edirdi.

Məlumata görə, Budoviç 2021-ci ildə Donald Trampın yaxın çevrəsinə qoşulub və onun 2024-cü ildə prezidentliyə qayıdışının planlaşdırılmasında mühüm rol oynayıb. Aparat rəhbərinin digər müavini Den Skavino cənab Budoviçi "Tramp 2.0 üçün əsas aktiv" adlandırıb.

Taylor Budoviç Trampist təşkilatı MAGA Inc. və qeyri-kommersiya təşkilatı olan Securing American Greatness təşkilatının siyasi komitəsinin yaradıcılarından və rəhbərlərindən biridir. "Axios"a görə, bu qeyri-kommersiya təşkilatından donorlarının adlarını açıqlaması tələb olunmur. Keçən ilki prezidentlik kampaniyası zamanı MAGA Inc. və Securing American Greatness 600 milyon dollardan çox vəsait toplayıb xərclədi.

Samir

0