Kaya Kallas: Ukraynaya kömək etməkdə təkcə Avropa məsuliyyət daşımır

DÜNYA
15:45 / 26.09.2025
40

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bəyan edib ki, Rusiya ilə Ukrayna arasında münaqişənin həllində təkcə Avropa İttifaqı məsuliyyət daşımır. O xatırladıb ki, ABŞ prezidenti Donald Tramp döyüşləri dayandıracağına söz verib.

HİT.az bu barədə "Politico"ya istinadən xəbər verir.

"Məhz Donald Tramp qətlləri dayandıracağını vəd edib. Amerika NATO-da əsas müttəfiqdir. Ona görə də, əgər NATO-nun nə etməli olmasından danışırıqsa, bu, həm də Amerikanın nə etməli olduğu deməkdir", deyə Kaya Kallas BMT Baş Assambleyasının kuluarlarında jurnalistlərə bildirib.

Sentyabrın 13-də ABŞ prezidenti Rusiyaya qarşı “ciddi sanksiyalar” tətbiq etməyə hazır olduğunu, lakin bütün NATO ölkələrinin Rusiya neftinin alınmasını dayandırması şərti ilə bəyan edib. Xanım Kallasın qeyd etdiyi kimi, Avropa İttifaqı artıq Rusiyadan yanacaq alışını 80% azaldıb və sanksiyaların 19-cu mərhələsini tətbiq etməyə hazırlaşır.

Diplomat əlavə edib ki, ABŞ da üzərinə düşəni etməli və Macarıstan və Slovakiyanı Rusiyadan enerji idxalını dayandırmağa inandırmalıdır. Eyni zamanda Aİ başa düşür ki, Vaşinqton niyə Moskvaya qarşı yeni sanksiyalar tətbiq edə bilmir. "Onlar Rusiyaya təzyiq göstərə bilməzlər, çünki bu, onların malik olduğu kommunikasiya kanallarını bağlayacaq", deyə xanım Kallas izah edib. 

Onun sözlərinə görə, ABŞ münaqişənin həllində yeganə vasitəçidir.

Samir

0