Britaniya sualtı kabelləri və sualtı qayıqları qorumaq üçün sistem yaratmağı planlaşdırır

DÜNYA
14:36 / 26.09.2025
36

Böyük Britaniya "Atlantic Bastion" adlı sualtı kabelləri və sualtı qayıqları qorumaq üçün sistem yaratmağı planlaşdırır. 

HİTşaz xəbər verir ki, bu barədə Kral Hərbi Dəniz Qüvvələrinin nümayəndələrinə istinadən "Financial Times" qəzeti yazıb.

Nəşr bildirir ki, Kral Hərbi Dəniz Qüvvələrinin nümayəndələri sensorlardan və sualtı dronlardan ibarət yeni müdafiə halqası yaratmaq üçün maliyyə axtarırlar.

Nəşr qeyd edir ki, bu təşəbbüs Böyük Britaniyanın infrastrukturuna qarşı mümkün təxribatla bağlı narahatlıqlar fonunda nəzərdən keçirilir.

Samir

0