Tramp FTB-nin keçmiş direktorunu "çirkli polis" adlandırdı

DÜNYA
16:50 / 26.09.2025
39

ABŞ prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş direktoru Ceyms Komini tənqid edib.

HİT.az xəbər verir ki, dövlət başçısı bu barədə "TruthSocial" sosial media platformasında yazıb.

"Ceyms Komi çirkli polisdir. Amerikanı yenidən möhtəşəm et!", deyə Tramp qeyd edib.

Bundan əvvəl Amerikanın "ABC News" telekanalı FTB-nin keçmiş direktoru Ceyms Kominin yalan şahidlikdə ittiham olunduğunu bildirmişdi.

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ABŞ kəşfiyyatının Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi ilə bağlı hesabatının prosedur pozuntuları ilə hazırlandığını və siyasi motivli ola biləcəyini göstərən hesabat yayıb. Sənəd saxtalaşdırıldığı iddia edilən hesabatın tərtib edilməsində məsul şəxslərdən biri kimi Kominin adını çəkən MKİ-nin hazırkı direktoru Con Ratkliffin göstərişi ilə tərtib edilib.

Samir

0