Avropa Şurasının oktyabrın 23-24-də baş tutacaq növbəti iclasında Rusiyanın dondurulmuş aktivləri ilə bağlı qərarın veriləcəyi gözlənilir.
HİT.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat katibinin müavini Sebastian Hill bildirib.
Onun sözlərinə görə, Almaniya kansleri Fridrix Merzin Ukraynaya kredit vermək üçün Rusiyaya məxsus dondurulmuş aktivlərdən istifadə etmək təklifi müzakirə üçün gündəmdədir.
"Təfərrüatlara gəlincə, bu, əlbəttə ki, müzakirənin necə getməsindən asılıdır. Hazırda Almaniya kanslerinin ideyası masadadır və qalan hər şey növbəti addımlar kimi Kopenhagendə məsləhətləşmələr zamanı müzakirə olunacaq", deyə Hill bildirib.
Öz növbəsində, Maliyyə Nazirliyinin sözçüsü Alma Layadi bildirib ki, hazırda hüquqi variantlar nəzərdən keçirilir.
Bir gün əvvəl Merz bildirmişdi ki, Almaniya Avropa Şurasının oktyabr iclasında Ukraynaya Rusiya aktivlərindən istifadə etməklə 140 milyard avroluq kreditin verilməsi mexanizminin hazırlanmasını təklif edəcək. Kanslerin sözlərinə görə, bu kredit yalnız Rusiya Ukraynaya hərbi münaqişə zamanı dəymiş ziyanı ödədikdən sonra ödəniləcək. O vaxta qədər, Merz vurğulayıb ki, Avropa Şurasının qərarına əsasən, Rusiya aktivləri dondurulmuş vəziyyətdə qalacaq.
Samir